Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub
Ukrayna qoşunları Kurskda irəliləyir
Milli Məclisin xüsusi iclası başladı
Saxta alkoqollu içkilər istehsal edirmiş
Bank kartlarından 30 min oğurlanıb
Moskvadan Bakıya planlaşdırılan reysi gecikir
Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış


28.09.2024  14:22 

“Qarabağ“ çempionatda 3-4 qol epizodunu əldən versə də... -Ekspertdən açıqlama





A+  A-

Xəzərnews.az-ın bu günki qonağı futbol eksperti Emin Abbasovdur. O, "Qarabağ -Tottenham" oyunu haqqında danışıb.

"Qarabağ -Tottenham" qarşılaşması başa çatdı. Oyunda dəfələrlə qol şansı yaranmasına rəğmən komandamız niyə qol vura bilmədi? Sizcə, bu komandanın taktikasız oynamağı ilə, yoxsa oyunçu heyəti ilə bağlıdır?

"Bu mövsüm həm "Dinamo" (Zaqreb), həm də ölkə çempionatı oyunlarında "Qarabağ"ın çoxsaylı qol epizodlarından yararlana bilməməsini görmüşdük. Eyni hal "Tottenham"la görüşdə də müşahidə olundu. Fərq ondadır ki, "Qarabağ" öz çempionatımızda 3-4 qol epizodunu əldən versə də, rahatlıqla bir neçə qol vura bilir. Avrokuboklarda vəziyyət fərqlidi. Ələ bir neçə qol fürsəti keçir, onlardan mütləq yararlanmaq lazımdır. Təəssüf ki, "Tottenham"la oyunda Juninyo, Toral Bayramov kimi futbolçular imkanları boşa verdi. Bir neçə epizodda rəqib qapıçı yaxşı oynadı. Səbəblər barədə danışmaq çətindir. Bir tərəfdən baxanda qol epizodları yaxşı qurulmuş kombinasiyalardan sonra yaranır. Yəni, rəqib müdafiəni yara bilirlər. Digər tərəfdən isə yaxın məsafədən topu tora göndərə bilmirlər. Bunun içində bəxtsizlik də var, həyəcan da, arxayınlaşma da, ustalıq səviyyəsinin aşağı olması da."



Zəhra Niftiyeva
Xəzərnews.az


Xəbər 6319 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +