Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub
Ukrayna qoşunları Kurskda irəliləyir
Milli Məclisin xüsusi iclası başladı
Saxta alkoqollu içkilər istehsal edirmiş
Bank kartlarından 30 min oğurlanıb
Moskvadan Bakıya planlaşdırılan reysi gecikir
Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış


28.03.2024  15:03 

“Qarabağ” sabah çempion ola bilər





A+  A-

“Qarabağ” sabah ölkə çempionluğunu təmin edə bilər.

Xəzərnews.az xəbər verir ki, 28-ci turda Ağdam təmsilçisi “Kəpəz”lə qarşılaşacaq. Qurban Qurbanovun komandası qələbə qazanacağı halda xalını 69-a yüksəldəcək.

“Qarabağ”ın ən yaxın izləyiciləri “Sabah” və “Neftçi” qələbə qazansa belə, “köhlən atlar” çempion olacaq. Çünki sona 8 tur qalmış aradakı xal fərqi 26 olacaq. Rəqiblərin isə mövsümün sonuna qədər bu fərqi aradan qaldırması mümkün deyil.

Ağdamlılar bununla da tarixində 11-ci dəfə Azərbaycan çempionu adını qazanacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Kəpəz” – “Qarabağ” matçı martın 29-u, saat 19:00-da başlanacaq.

Xəbər 6543 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +