Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb
Eks-bankir və ailəsi əmlakları necə gizlədib? - Video
Jurnalist Ülviyyə Əli saxlanılıb
Kartlardan oğurlanan pullar və bankların məsuliyyəti
Vatikan yeni papa seçir... - Qara və ağ tüstü nəyə işarədir?
Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə
Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb


21.09.2020  11:06 

Çexiyada yoluxma artdı, Səhiyyə naziri istefa verdi





A+  A-

Çex Respublikasının Səhiyyə Nazirliyinin rəhbəri Adam Voytex koronavirusa yoluxanların sayının artması fonunda istefa verdiyini elan edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Voytex jurnalistlərə açıqlamasında bildirib: “Ciddi fikirləşəndən sonra Səhiyyə naziri vəzifəsindən istefa vermək qərarını verdim”.

O, bununla koronavirusun yayılmasına qarşı yeni həllər üçün yol açmaq istədiyini bildirib. Voytexin sözlərinə görə, o, bu barədə artıq Baş Nazir Andrey Babişə məlumat verib.

Qeyd edək ki, son həftələrdə Çexiyada yoluxma sayında kəskin artım müşahidə olunur. Sentyabrın 18-də yeni yoluxma faktlarının sayı 3130-a çatıb, bu isə bütün Mərkəzi Avropa ölkələri arasında ən yüksək göstərici hesab olunur. Ölkənin bir çox siyasətçisi Səhiyyə Nazirliyinin epidemiyaya qarşı mübarizədə əhəmiyyətli qərarlar verməyə gecikdiyini düşünür.

Xəbər 1811 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +