Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


26.10.2019  12:48 

ABŞ bu ölkəyə uçuşu dayandırdı





A+  A-

ABŞ Havana hava limanı istisna olmaqla, Kubadakı bütün aeroportlara uçuşları dayandırıb.
XəzərNews.az-ın “Kommersant”a istinadən verdiyi xəbərə görə, aviaşirkətlərə bütün planlaşdırılan uçuşları ləğv etmək üçün 45 gün vaxt verilib. Məhdudiyyət doqquz Kuba hava limanına şamil olunub.

“Bu gün nəqliyyat nazirindən Havana Hava limanı istisna olmaqla ABŞ və bütün Kuba hava limanları arasında müntəzəm uçuşların dayandırılmasını xahiş etdim. Bu qərar Kastro rejiminin ABŞ-a hava səyahətindən qazanc əldə etməsinə və əldə edilən gəlirlərdən Kuba xalqını sıxışdırmaq üçün istifadə etməsinə imkan verməyəcək”, -deyə ABŞ dövlət katibi Mayk Pompeo Dövlət Departamentinin qərarını şərh edərkən bildirib.

Daha sonra Kuba Xarici İşlər naziri Bruno Rodriqes Parrilya öz tvitter mikrobloqunda rəsmi Vaşinqtonun bu addımını tənqid edib: “ABŞ tərəfindən Kubanın mühasirəyə alınması yönündə verilmiş qərarı qəti şəkildə qəbul etmirik. Bu, xalqlarımız arasındakı münasibətlərə xələl gətirəcək. Güzəşt olmayacaq, qalib gələcəyik”.

Qeyd edək ki, Donald Trampın Ağ Evə gəlişi ilə iki ölkə arasında münasibətlər yenidən pisləşib. 2017-ci ildə ABŞ hökuməti diplomatik heyətinin 60% -nin Kubadan geri çağırılmasını və adada Amerika giriş vizalarının qeydiyyatının dayandırıldığını elan edib. 2019-cu ilin aprelində ABŞ Dövlət Departamenti, Kubada iş görən beynəlxalq şirkətlərə qarşı məhkəmə iddialarının qaldırılmasına icazə verib. 2019-cu ilin iyununda ABŞ vətəndaşları üçün Kubaya qrup səyahətini məhdudlaşdırılıb.

Xəbər 1779 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +