Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


05.03.2025  12:45 

O gün ağlaya-ağlaya gəlin köçdüm... - Yaşananlar





A+  A-

24 yaşımda toy günü evdən qaçmışdım. Məcburi evlilikdən özümü xilas etmək istəyirdim. Böyük həyacanla toy hazırlıqları gedən və az sonra oğlan evinin gələcəyi evimizdən gizli çıxdım.

Bakıya gəlmək üçün avtovağzala piyada necə qaçdımsa...

Avtobusa mindim. Avtobus hələ adam yığırdı. O dəqiqələr mənə illər kimi gəldi. Qorxudan ölürdüm ki, fərqində olub arxamca gələrlər. Tərslikdən də avtobusun tərpənməyi gecikirdi. Və sonda yola düşdü.

Dərindən nəfəs alıb şükr edərkən bir də baxdım bir maşın siqnal verə-verə avtobusun qabağını kəsdi. Sürücü dayandı, qapı açıldı və dayım, anam, nənəm…

Məni məcbur avtobusdan aşağı düşürtdülər. Dedilər atan bilsə səni də, bizi də öldürər, bizi bədbəxt eləmə. Yarım saat yalvardılar, anam, nənəm ağladı…

Hətta dedilər ki, istəmirsən boşanarsan, amma mütləq ərə get, adımızı batırma, bizi biabır etmə.

Və mən geri dönmək məcburiyyətində qaldım. O gün ağlaya-ağlaya gəlin köçdüm. Bu sətirləri yazarkən belə gözüm dolur.

İlk gecəm də faciə oldu, yaşadığım 7 il də mənasız, sevgisiz, mutsuz.

Bunlara əlavə olaraq da hər gün əsəb, aqresiya, dava, hətta neçə dəfə pəncərəni açıb 7-ci mərtəbədən özümü atmaq istəmişəm.

Sonda 1 uşaqla boşandım…

Və indi bilirsiz niyə bunlar yadıma düşdü? Bir anlıq ağlıma gəldi ki, görəsən mən həmin günü qaçmağı bacarsaydım həyatım necə olacaqdı? Bu sual ilk dəfə olaraq məni düşündürür.

Xoşbəxt Qadınlar Klubu

Xəbər 1033 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +