Əməkdar artist vəfat etdi
Bakıda “Dino Park“ açılır: Qiymətlər dodaq uçuqlatdı
İrandan narkotik keçirtmək istədilər, saxlanıldılar
Elektron siqaretlər ləğv edilir?
FETÖ-yə qarşı əməliyyat: Saxlanılanlar var
Axtarışa verilən Abbas Abbasov bu ölkəni tərk etdi -ÖZƏL
Neftimiz ucuzlaşdı
Baş nazir qərar imzalayıb
Lukaşenkodan Ukraynaya məsləhət, siz...
Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama


01.09.2022  11:38 

Zaqatalada yanğının söndürülməsinə helikopterlər cəlb olunub





A+  A-

Xəbər verdiyimiz kimi, Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

XəzərNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) rəis müavini Nurlan Şabanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən əraziyə texnikaları cəlb etmək çox çətindir. Ona görə də əsasən əl əməyindən istifadə olunur. Eyni zamanda, yanğının söndürülməsinə FHN-nin Aviasiya dəstəsinin 2 ədəd helikopteri də cəlb olunub. Hazırda yanğının baş verdiyi ərazidə Zaqatala rayon DYMH-nin 100 nəfər şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin, digər qurumların əməkdaşları, yerli sakinlər fasiləsiz olaraq yanğınla mübarizə aparırlar. Əlavə olaraq, Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 25 nəfər şəxsi heyəti də yanğının söndürülməsində iştirak edir. Ümumilikdə, yanğınla mübarizə tədbirlərinə 250 nəfərədək canlı qüvvə cəlb olunub.

Nurlan Şabanov bildirib ki, relyefin mürəkkəbliyi, havanın isti olması yanğının söndürülməsini çətinləşdirir. Yanğını məhdudlaşdırmaq hələlik mümkün olmayıb, söndürmə işləri davam edir. Yanğın yerinə əlavə olaraq canlı qüvvə və vasitələr cəlb olunub. Hazırda yanğın 12 hektaradək ərazini əhatə edir.

Xəbər 4239 dəfə oxunub.



17.12.2025  12:49 

Əməkdar artist vəfat etdi

17.12.2025  11:33 

Elektron siqaretlər ləğv edilir?

17.12.2025  10:44 

Neftimiz ucuzlaşdı

17.12.2025  10:42 

Baş nazir qərar imzalayıb


BÜTÜN XƏBƏRLƏR +