Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


18.03.2021  17:43 

Əfv edilənlərdən dördü cəbhəçidir





A+  A-

Bu gün imzalanan əfv sərəncamı ilə azadlığa buraxılanlar arasında AXCP üzvləri də var.
XəzərNews.az-ın verdiyi xəbərə görə, onlar Orxan Baxışlı, Elçin İsmayıllı, Məhəmməd İmanlı və Babək Həsənovdur.

Orxan Baxışlı Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma" maddəsi ilə ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Məhəmməd İmanlı isə Cinayət Məcəlləsinin 139-1.1 (karantin rejiminin pozulması -xəstəliklərin yayılmasına səbəb olduqda) maddəsilə təqsirli bilinərək 1 il azadlıqdan məhrum edilib.

Babək Həsənov Gədəbəy rayonunun keçmiş icra başçısı, AXC fəallarından olan Saleh Rüstəmlinin Rusiyadan qardaşı oğlu Vidadi Rüstəmli vasitəsilə göndərdiyi pulu partiyaya və onun sədri Əli Kərimliyə çatdırmaqda ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.

AXCP-nin digər üzvü Elçin İsmayıllı isə İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham edilərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Xəbər 1582 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +