Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


02.12.2019  16:38 

Bu çörək sexinin fəaliyyəti məhdudlaşdırdı





A+  A-

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları İmişli rayonu M.Əsədov ev 34 ünvanında vətəndaş İbrahimov Xəqani Abbasəli oğluna məxsus çörək sexinə baxış keçiriblər.
XəzərNews.az xəbər verir ki, yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb. Məlum olub ki, müəssisədə temperatur və rütubət rejiminə əməl edilmir. Un anbarda divarla məsafə gözlənilmədən yığılıb saxlanılır. Müəssisədə istifadə edilən alət və ləvazımatların, çörək yığılan rəfin istismar müddəti keçib, onların dezinfeksiyası normalara uyğun aparılmır.

Çörək bişirilən təndirlərdən 2 metr məsafədə sanitariya qovşağının olduğu, müəssisənin giriş hissəsində isə ev heyvanlarının saxlanıldığı aşkarlanıb.

Yoxlama zamanı xəmir kündələrin üstü un kisələri ilə örtüldüyü aşkar olunub. Müəyyən edilib ki, müəssisədə istifadə olunan su mərkəzləşdirilmiş sistemdən götürülsədə, filtrdən keçirilmir, döşəmə, divar və tavan asan yuyulub təmizlənə bilən gigiyenik materiallarla üzlənməyib.

Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 1636 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +