Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


10.12.2025  10:23 

Elxan İbrahimov müavinini vəzifəsindən azad edib





A+  A-

Nəsimi Rayon İcra Hakimiyyətində növbəti kadr dəyişikliyi baş verib. Yeni icra başçısı Elxan İbrahimov müavini Ramiz Quliyevi vəzifəsindən azad edib. RİH-dən məlumat təsdiqlənsə də, Quliyevin işdən azad edilməsinin səbəbləri barədə hər hansı açıqlama verilməyib.

XəzərNews.az xəbər verir ki, bu, Elxan İbrahimovun icra hakimiyyətində apardığı son günlərin ikinci kadr dəyişikliyidir. Bir müddət əvvəl başçının əmri ilə icra başçısının köməkçisi Elbrus Məmmədov da vəzifəsindən azad olunmuşdu.

Xatırladaq ki, Elxan İbrahimov Prezident İlham Əliyevin 12 noyabr 2025-ci il tarixli sərəncamı ilə Nəsimi rayonuna icra başçısı təyin edilib.

Vəzifədən azad edilən Ramiz Quliyev isə 2021-ci ilin yanvar ayında Nəsimi RİH başçısının müavini təyin olunmuşdu. O, 2024-cü ildə Prezident İlham Əliyevin 24 iyun 2024-cü il tarixli, 171 nömrəli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdi.

Kadr dəyişiklikləri ilə bağlı əlavə məlumatın veriləcəyi gözlənilir.

Qeyd edək ki, məlumatı belediyye.info saytı yayıb.



Xəbər 399 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +