SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək
Bakıda hava yağmursuz keçəcək - Sabah
Əjdər Olun kassasiya şikayətinə baxılıb
Prezidentimizə eşq olsun... - Aqil Abbas
Xəstə uşaq şəkli ilə 200 min manat yığdı - VİDEO
Tramp Putinlə “sülh planı“nı müzakirə edib


23.05.2022  20:36 

Dövlət və-TƏN-daş...





A+  A-

Vətəndaşı yırtıcı olmasaydı, Amerika dünya siyasətinin yırtıcısı olmazdı.

Vətəndaşı qaydasevər olmasaydı, İngiltərə ən çoxbilmiş və qaydalı ölkə ola bilməzdi.

Vətəndaşı nasist geni daşımasaydı, Almaniya dünyanın ən dəqiq ölkəsi ola bilməzdi.

Vətəndaşı istedadlı olmasaydı, Yaponiya dünya texnikasının atası sayılmazdı.

Vətəndaşı əhlikef olmasaydı İranı "islam ölkəsi" edə bilməzdilər.

Vətəndaşı cahil olmasaydı, Səudiyyə Ərəbistanı da başqaları kimi dünya lideri ola bilərdi.

Vətəndaşı zövqlü olmasaydı, Fransa dünyanın ən mədəni oğurusu olduğu halda, beynəlxalq aləmdə dünyanın mədəniyyət beşiyi adını qazana bilməzdi.

Vətəndaşı hədsiz işlək olmasaydı, Çin yer kürəsi binə olandan, dünyada hər kəsi özündən çəkindirən qüdrətə sahib olmazdı.

Vətəndaşı vətənpərvər, təəssükbeş, adil olmasaydı, Türkiyə əsirlər boyu imperiya qurub, dünya yönəldə və nəhəng gücə çevrilə bilməzdi.

***
Azərbaycanda dövlətin müharibə veteranlarına verdiyi medalları biri maşına bağlayıb sürüyür, biri üstünə tüpürür canlı efir açıb, biri yardım almır deyə fors edib, satışa çıxarır...

...və biz ona görə bu gündə idarə olunur, normal həyat yaşaya bilmirik ki, bizim ölkənin VƏTƏNDAŞ, İNSAN, ADAM problemi var.

O yaramaz məmurlar deyirsiniz ha, hə, bax onların da hamısı sənin, mənim, bizim ailə üzvlərimiz, qohumlarımızdır. Yəni bizim özümüzdən olanlardır. Yəni layiq olduğumuz kimi idarə olunuruq. Bir ovuc istisna adam var ölkədə ki, nəfsini, əqidəsini düzgün yönəldə bilir. Onlar da yavaş-yavaş ya ölür, ya da səssizcə çıxıb gedirlər. Məsələmiz budur. Sadəcə nala-mıxa vurmadan düzünə demək lazım ki, ölkədə yaxşılı-pisli nə baş verirsə, o işdə, vətəndaşın və dövlətin məsuliyyət payı yarıdır, təndir.

Dövlətlə vətəndaş sözünü yanaş gətirəndə də nəticə eynidir. Dövlət və-TƏN-daş. Lap hirsindən göyə qalxan olsa belə, bu reallığı heç nə dəyişməz.

Jalə Mütəllimova

Xəbər 13156 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?


BÜTÜN XƏBƏRLƏR +