Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


06.09.2023  14:29 

Makron Azərbaycana Ermənistanın vəkili kimi gəlir - Siyasi şərhçi





A+  A-

“Fransa prezidenti Emanuel Makronun Ermənistan və Azərbaycana səfəri regionda siyasi-hərbi böhran fonunda reallaşır. Ermənistanın danışıqlar prosesindən uzaqlaşması, məhz Parisin birbaşa təlimatı ilə siyasi-hərbi təxribatlara əl atması situasiyanı gərginləşdirib”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə siyasi şərhçi Məhəmməd Əsədullazadə çıxış edib.

M.Əsədullazadə bildirib ki, E.Makron Azərbaycana səfəri ilk dəfə reallaşacaq:

“Bu səfərdə məqsədi Ermənistanı müdafiə və xilas etmək, Laçın yolunun açılmasını nail olmaqdır. Ümumiyyətlə, E.Makron Azərbaycana Ermənistanın vəkili kimi gəlir. Bu səfərdən müsbət nəticə gözlənilmir. E.Makronun Azərbaycana qarşı siyasəti birmənalı deyil. Fransa regionda güclənməyə çalışır. Azərbaycanın şərtlərini qəbul edib, Ermənistanı danışıqlardan yayındırmasa, regionda mövqeyini qoruya bilər. Amma, əksinə olacaqsa, Bakıdan əliboş qayıdacaq. Fransa ilə iqtisadi əlaqələrə gəldikdə isə, bu əlaqələr davam edəcək”.

Siyasi şərhçi əlavə edib ki, Fransanın Cənubi Qafqazdan Türkiyə qarşı siyasəti və bunu Ermənistan üzərindən etməsi perspektivdə mümkün deyil.

Xəbər 2902 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +