Axtarışa verilən Abbas Abbasov bu ölkəni tərk etdi -ÖZƏL
Neftimiz ucuzlaşdı
Baş nazir qərar imzalayıb
Lukaşenkodan Ukraynaya məsləhət, siz...
Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?


19.11.2019  13:11 

Tehranda iğtişaşlar zamanı 3 polis öldürülüb





A+  A-

İranın paytaxtında davam edən küçə nümayişləri çərçivəsində hüquq-mühafizə orqanlarının 3 əməkdaşı həlak olub.
XəzərNews.az-ın “ISNA” agentliyinə istinadən verdiyi xəbərə görə, qiyamçılar polisləri mühasirəyə alaraq onları soyuq silahla öldürüblər.

Agentlik hadisənin konkret olaraq nə zaman baş verdiyini müəyyənləşdirə bilməyib.

Ölənlərdən birinin İslam İnqilabı Keşikçilər Korpusunun işçisi, digər ikisinin isə təhlükəsizliyin təmin olunmasında köməkçi olan səfərbərlik qüvvəsinin əməkdaşları olduğu deyilir.

Xatırladaq ki, noyabrın 15-də İranda benzinin qiymətinin iki dəfə - 15 min rialdan (0,09 dollar) 30 min riala (təxminən 0,2 dollar) qədər artırılması barədə hökumət qərarı qüvvəyə minib. Kvota çərçivəsində benzinin güzəştli qiyməti 50% (15 min riyala qədər) bahalaşıb. Yeni qaydalara görə, avtomobil sahibi bu qiymətə ayda 60 litrə qədər benzin, motosiklet sahibi 25 litrə qədər benzin ala bilər. Taksi sürücüləri üçün ayrıca kvota verilir - 400 litr.

Bu qərardan sonra İranın bir neçə şəhərində etiraz aksiyaları keçirilib, polislə qarşıdurmalar baş verib. Nümayişçilər bankların ofislərini və yanacaqdoldurma məntəqələrini atəşə tutublar. Yüzlərlə yaşayış məntəqəsində iğtişaşlar qeydə alınıb.

Yerli və Qərb KİV-nin məlumatına görə, iğtişaşlar zamanı 30-a yaxın insan həyatını itirib, onlarla insan yaralanıb. Şənbə günü, hakimiyyət yalnız bəzi onlayn xidmətlərə giriş buraxaraq ölkədə interneti bağlayıb. Bu tədbirin bir gün davam etməsi nəzərdə tutulsa da hazırda şəbəkəyə giriş hələ bərpa edilməyib.

Xəbər 3183 dəfə oxunub.




17.12.2025  10:44 

Neftimiz ucuzlaşdı

17.12.2025  10:42 

Baş nazir qərar imzalayıb


BÜTÜN XƏBƏRLƏR +