Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


15.11.2019  15:32 

Batumidə 4 nümayişçi saxlanıldı





A+  A-

Gürcüstan polisi Batumidə seçki islahatlarının uğursuzluğuna qarşı çıxan 4 etirazçını saxlayıb.
XəzərNews.az-ın xəbərinə görə, bu barədə “Birinci kanal” məlumat yayıb.

Bu gün səhər saatlarında keçmiş iqtidar partiyası olan “Vahid Milli Hərəkatın” fəalları Batumidə Acarıstan Muxtar Respublikasının hökumət binasının girişini bağlamağa cəhd edərək bir nəfərin belə binaya girməsinə icazə verməyəcəklərini bildiriblər.

Polis bir neçə dəfə aksiya iştirakçıları girişini açmağa çağırıb, ardınca dörd etirazçını hüquq-mühafizə orqanları nümayəndəsinin qanuni tələbinə tabe olmadığına görə saxlayıb.

Qeyd edək ki, bu yay Gürcüstan hakimiyyəti Tbilisinin mərkəzində etirazçıların təzyiqi altında qarışıq parlament seçkilərindən proporsional sistemə keçəcəyinə söz verib. Lakin ötən gün Konstitusiyaya dəyişikliklər üçün keçirilən səsvermə nəticəsiz olub.

Xəbər 3210 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +