Tovuzda 14 yaşlı qızın toyunun qarşısı alındı
Abbas Abbasov axtarışa verildi – Ramiz Mehdiyev işi...
Türkiyə qərar verdi: Gültəkin Hacıbəyli deport edilir
Ukrayna “Lukoil“un Xəzərdəki platformalarını vurdu
“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı
Yeni başçı müavini vəzifəsindən azad etdi
Hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı - İqtisadçı
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi... - DİN-dən təşəbbüs
Deputatın oğlunun şirkəti 196 minlik tenderi uddu
Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmir


10.09.2018  21:03 

Hərbi texnikaları düşüncə gücü ilə idarə etmək mümkün olacaq





A+  A-

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyinin (Defence Advanced Research Project Agency - DARPA) nümayəndələri təşkilatın yaradılmasının 60 illiyinə həsr edilən simpoziumda hazırda mühəndislərin hazırladığı ən maraqlı texnologiyalar barədə məlumat veriblər.
XəzərNews.az xəbər verir ki, “DARPA” təmsilçiləri “N3” texnologiyası - hərbi texnikanı fikrin gücü ilə idarə etməyə imkan verən növbəti nəsil qeyri-cərrahi neyrosistem barədə danışıblar.

Məlumata görə, “N3” proqramı beyinin cərrahi müdaxilə və ya müxtəlif mürəkkəb prosedurlar tələb etməyən kompüter interfeysinin yaradılmasını nəzərdə tutur. Mühəndislərin əsas məqsədi texnikanın idarə edilməsi üçün beyin siqnallarından istifadədən ibarətdir. Bu, həmçinin əlillərə döyüş əməliyyatları yerlərində olmağa imkan verəcək.

Layihə fantastik görünməsinə baxmayaraq, onun yaxın gələcəkdə həyata keçiriləcəyi gözlənilir. Bundan başqa, artıq oxşar sistemlərin prototipləri mövcuddur, lakin mükəmməl texnologiyanın yaradılmasını hələ çox gözləmək lazım gələcək.

Xəbər 3016 dəfə oxunub.



15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı


BÜTÜN XƏBƏRLƏR +