Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


21.12.2017  19:37 

Marsda həyat niyə yoxdur? - Səbəbi tapıldı





A+  A-

Oksford Universitetində aparılan tədqiqatda Marsın səthində su və həyatın olmamasının səbəbi tapılıb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, planetin qaya quruluşu suyun səthdə qalmasına imkan vermir.

Marsdakı qayaların Yer kürəsindəkilərlə müqayisədə 25% daha çox suyu saxlama qabiliyyətinə malik olduğu, suyun bu qayalarla planetin mərkəzinə doğru endiyi aşkar olunub.

Tədqiqatın əsas simalarından biri Con Veyd qayaların suyu süngər kimi çəkdiyini bildirib:

“Marsda planetin bazalt qabığını yaradan yeni püskürən vulkanlar ilə su arasında gedən reaksiya süngər effekti yaradır. Su ilə qaya arasındakı bu reaksiya qayaların quruluşunu dəyişdirib və planetin səthinin quruyaraq həyat üçün uyğun olmamasına səbəb olub”.

Veyd Marsın səthinə aid məlimatlardan Venera kimi haqqında az şey bilinən planetlərin quruluşunun öyrənilməsində də istifadə ediləcəyini söyləyib.

Xəbər 3090 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +