Tovuzda 14 yaşlı qızın toyunun qarşısı alındı
Abbas Abbasov axtarışa verildi – Ramiz Mehdiyev işi...
Türkiyə qərar verdi: Gültəkin Hacıbəyli deport edilir
Ukrayna “Lukoil“un Xəzərdəki platformalarını vurdu
“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı
Yeni başçı müavini vəzifəsindən azad etdi
Hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı - İqtisadçı
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi... - DİN-dən təşəbbüs
Deputatın oğlunun şirkəti 196 minlik tenderi uddu
Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmir


25.02.2025  09:58 

Leyla Əliyeva Beynəlxalq Forumda iştirak edir





A+  A-

b>Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 24-də işinə başlayan 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir.

XəzərNews.az xəbər verir ki, Kral Salman Humanitar Yardım və Qayğı Mərkəzinin rəhbəri Abdullah Ər-Rabiənin dəvəti ilə Forumda təmsil olunan Leyla Əliyeva “Qlobal humanitar könüllülük: perspektivlər və hədəflər” adlı paneldə çıxış edərək Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda və digər ölkələrdə həyata keçirilən humanitar layihələr barədə məlumat verib.

Ər-Riyad şəhərində iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudanın himayəsi altında, Kral Salman Humanitar Yardım və Qayğı Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda münaqişələr zamanı humanitar diplomatiya, fövqəladə hallarda media və kommunikasiya strategiyası, süni intellektin humanitar yardım fəaliyyətində rolu, beynəlxalq hüquq çərçivəsində humanitar yardım sahəsində mövcud problemlər və gələcək imkanlar müzakirə edilir.

Leyla Əliyeva forumun gündəliyindəki məsələlərin qlobal əhəmiyyətini vurğulayaraq, Azərbaycanın müstəqilliyini yenidən əldə etdikdən sonra aparılan uğurlu siyasət nəticəsində humanitar yardım alan dövlətdən donor dövlətə çevrildiyini bildirib. Heydər Əliyev Fondunun regionun nəhəng qeyri-hökumət təşkilatı kimi 2004-cü ildən genişmiqyaslı humanitar layihələr həyata keçirdiyini qeyd edib. Fondun bir sıra istiqamətlərdə fəaliyyətini önə çəkən Leyla Əliyeva təhsil, səhiyyə və sosial sahələr üzrə layihələrin beynəlxalq səviyyəni əhatə etdiyini, bu fəaliyyətin tərəfdaş təşkilatlar və ölkələr tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Leyla Əliyeva müasir dünyada iqlim dəyişiklikləri kimi böhrana diqqət çəkərək ətraf mühitin və təbiətin qorunması istiqamətində, eləcə də aclığın aradan qaldırılması kimi problemlə üzləşən ölkələrə yardım sahəsində güclərin səfərbər olmasının vacibliyini vurğulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Azərbaycanın könüllülük fəaliyyəti üzrə uğurlu modelə sahib olduğunu bildirərək mövcud humanitar problemlərin həllində könüllülük proqramlarının inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, fevralın 24-25-də keçirilən forumda bir sıra ölkələrin yüksək səviyyəli rəsmiləri, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin Uşaq Fondu və digər nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, donor təşkilatlar, beynəlxalq ekspertlər və tədqiqatçılar təmsil olunur.



Xəbər 2350 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı


BÜTÜN XƏBƏRLƏR +