Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


18.08.2022  10:04 

İş adamı Rasim Salmanov biznesini niyə satır?





A+  A-

"Bizim Market” mağazalar şəbəkəsinin və köhnə "Maşın bazarı”nın sahibi kimi tanınan iş adamı Rasim Salmanov bütün biznesini satır.

XəzərNews.az Bakupost.az -a istinadən xəbər verir ki , artıq “Bizim Market MMC” satılıb. Şirkəti Promart MMC alıb.

Babəkdə yerləşən “Maşın bazarı” isə yaxın günlərdə satışa çıxarılacaq.

R.Salmanov 1000-dən çox daşınmaz əmlakın sahibidir. İş adamının bütün əmlakını əldən çıxarmaq istədiyi bildirilir. Onun ölkəni tərk etməyə hazırlaşdığı ehtimal edilir.

Xatırladaq ki, R.Salmanov daha öncə dəfələrlə qalmaqallı məsələlərlə gündəmə gəlib. Onun ölkədən 100 milyon dollar çıxardığı bildirilirdi.

Qalmaqallı iş adamı baldızı Həcər Quliyeva və baldızının oğlu Sahib Quliyevdən şikayətçi olaraq onları həbs etdirmişdi. Onlar “Bizim market”lərin dövriyyəsindən 4 milyon manatdan çox vəsaiti oğurlamaqda ittiham edilirdi.

2019-cu ildə R.Salmanovun ölüm xəbəri yayılmış, daha sonra bunun doğru olmadığı anlaşılmışdı.

Xəbər 1690 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +