Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


13.12.2021  11:46 

Polisə tabesizlik göstərən sərxoş sürücü saxlanılıb





A+  A-

Cəbrayıl rayonunda polisə tabesizlik göstərən sərxoş sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları Balyand kəndi ərazisindəki stasionar postda “Mersedes” markalı yük avtomobilinə baxış keçirmək məqsədilə “Saxla” işarəsi veriblər. Həmin şəxs qanuni göstərişə məhəl qoymayaraq hərəkəti davam etdirib. Təhlükəli manevrlər edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən həmin avtomobilin saxlanılması təmin edilib. Araşdırmalarla sürücünün Abşeron rayon sakini Elşən Abbasov olduğu və sərxoş vəziyyətdə avtomobili idarə etdiyi müəyyən edilib.

E.Abbasov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 30 sutka inzibati həbs edilib və bir il müddətinə sürücülük hüququ məhdudlaşdırılıb.

Xəbər 1488 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +