Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


29.07.2021  09:16 

Feysbuk gəlirlərini açıqladı





A+  A-

Feysbuk bu ilin ikinci rübündə əldə etdiyi gəliri açıqlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Bildirilib ki, şirkətin əldə etdiyi gəlir keçən ilin eyni dövrü ilə müqayisədə 56 faiz artaraq, 29 milyard dollara yüksəlib. Feysbuk ötən ilin eyni dövründə 18,7 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti də 101 faiz artımla 10,4 milyard dollara qalxıb. Belə ki, Feysbuk ötən ilin eyni dövründə 5,2 milyard dollar xalis mənfəət əldə etmişdi.

Sözügedən dövrdə şirkətin hər səhminə görə olan dəyəri 1,80 dollardan 3,61 dollara qalxıb.

Feysbukun günlük və aylıq aktiv istifadəçi sayında da artım olub. Belə ki, hesabat dövründə günlük istifadəçi sayı 7 faiz artaraq, 1,91 milyarda çatıb. Aylıq artım da 7 faiz artımla 2,9 milyard olub.

Şirkət ilin ikinci yarısında gəlir artımının yavaşlamasını gözlədiyini bildirib.

Xəbər 1492 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +