Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


29.11.2018  11:16 

Zurabişvilinin əsas rəqibi tərəfdarlarını toplayır - “Hər səsi qoruyacağıq”





A+  A-

Gürcüstan Mərkəzi Seçki Komissiyası artıq səslərin 99,7 faizini hesablayıb. “Gürcü arzusu – demokratik Gürcüstan” hakim partiyanın dəstəklədiyi Salome Zurabişvili 59,56 faiz səs toplayıb. Onun əsas rəqibi, keçmiş hakim partiya olan “Vahid milli hərəkat”ın üzvü Qriqol Vaşadze isə 40,44 faiz səs toplaya bilib.
XəzərNews.az xəbər verir ki, səsvermənin ilkin nəticələri açıqlandıqdan dərhal sonra brifinq keçirən Vaşadze seçkini dəyərləndirib:

“Bilmirəm, zorakılıq fonunda keçən ikinci turu seçki adlandırmaq olarmı. Biz Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi nəticələri gözləyirdik. Qərargahımız paralel olaraq nəticələri hesablayır və yerlərdən protokollar alırıq. Əmin olun ki, hər səsi qoruyacağıq.

Lakin təhlükəli insidentlər davam edir. Laqodexidə atışma olub, Marneulidə hazırda çox gərgin vəziyyət var. Bizim “call-center” dayanmır, tərəfdarlarımızdan, fəallardan, bizim nəticələrimizi qorumaq üçün mübarizə aparan bütün insanlardan zənglər alırıq. Əmin olun ki, biz bütün səsləri qoruyacağıq”.

Vaşadze, eyni zamanda eks-prezident Mixail Saakaşvilinin seçkinin nəticələrini tanımamaq və vətəndaş itaətsizliyi aksiyalarına başlamaq çağırışlarını da şərh edib. O, Saakaşvilinin çağırışını “bir nəfərin şəxsi fikri” kimi dəyərləndirib: “Əgər mən bu fikirləri bölüşsəm, bu qərargahın və birləşmiş müxalifətin fikri olacaq”.

Vaşadze bu gün yerli vaxtla saat 18:00-da Tbilisi filarmoniyasında tərəfdarları ilə görüş keçirəcəyini elan edib. Görüşdə siyasətçi müxalifət birliyinin gələcək planları haqda danışacaq.

Xəbər 1610 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +