Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


09.04.2018  20:41 

Milli Məclis neftin qiymətinə yenidən baxa bilər





A+  A-

Azərbaycanda neftin dövlət büdcəsində nəzərdə tutulan qiymətinə baxıla bilər.
XəzərNews.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili “Report”a açıqlamasında bildirib ki, aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonra yenidən formalaşan hökumətin tövsiyəsi ilə parlament may ayında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini müzakirə edə bilər: “Dövlət büdcəsinin qəbul edilməsindən sonrakı ötən müddətdə qiymətlərdə sabitlik mövcud olub. Dünya bazarında neftin qiyməti ciddi şəkildə artmayıb. Neftin bir barelinin qiyməti dünya bazarında 60-62 ABŞ dolları arasında dövr edir. Neftin Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan qiymətinin artırılması məsələsinə baxıla bilər. Dövlət büdcəsində nəzərdə tutulan qiymətinin artırılmamasının tərəfdarıyıq. Çünki burada söhbət ilin sonuna qədər olan dövrdən gedir. Hələki ilin 4-cü ayıdır, ilin sonuna neftin qiymətinin hansı səviyyədə olacağını proqnozlaşdırmaq çətindir”.
Qeyd edək ki, Azərbaycanın 2018-ci il üzrə dövlət büdcəsində neftin 1 barelinin qiyməti 45 dollar səviyyəsində müəyyənləşdirilib.

Xəbər 1944 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +