Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp


15.01.2018  10:38 

Kapital Bank 2017-ci ilin nəticələrini elan edib





A+  A-

Kapital Bank-ın aktivləri 1 yanvar 2018-ci il tarixinə 3,2 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,8% artaraq 1,2 milyard manat olub.
XəzərNews.az xəbər verir ki, bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2018-ci il tarixinə 2,4 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə 836,9 milyon manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 6% çoxdur.

Bankın 1 yanvar 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 299,9 milyon manat, nizamnamə kapitalı isə 185,9 milyon manat təşkil edir

Qeyd edək ki, Kapital Bank Moody`s və Standard & Poor`s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Xəbər 1728 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +