“Özsüt“də müştəriləri aldadırlar? - ŞİKAYƏT
Xəbərdarlıq: Maskalardan istifadə edin
Attestatlar üçün pul tələb olunmur - AÇIQLAMA
“Azercell” xalqı saymır, ciblərə girir... - Politoloq
“Azercell”ə ETİRAZ - Haştaq yaradıldı
Evləri sökülən sakinlər narazıdır - Nə qədər pul verilir?
Spiker Rusiyaya qarşı sərt sanksiyaları dəstəkləyib
Baş həkimi öldürmək istədilər - Azərbaycanda
Qeyri-sabit hava şəraiti bu vaxtadək davam edəcək
İran “qırmızı xətlərinin” sayını artırır - Politoloq


28.08.2017  21:18 

Nazirlikdən Ququşun açıqlamasına - Sərt reaksiya





A+  A-

Mədəniyyət və Turizm Nazirliyi müğənni Ququşun (Faiqə Atəşin) Azərbaycanda konsertinin təşkil olunmasına icazə verilməməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.
XəzərNews.az-a daxil olan məlumatda qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi, mərkəzi icra hakimiyyəti orqanı olaraq ölkəmizdə kommersiya məqsədilə keçirilən konsert proqramlarının təşkilatçısı qismində çıxış etmir:

"Bu cür kommersiya məqsədli, yerli və xarici müğənnilərin iştirakı ilə konsert proqramları ölkəmizin müvafiq qanunvericiliyinə uyğun olaraq özəl qurumlar və prodüser mərkəzləri tərəfindən təşkil oluna bilər. Buna misal olaraq, son illər paytaxt Bakıda, eləcə də bir sıra şəhər və rayonlarımızda xarici populyar müğənnilərin konsert proqramlarının keçirilməsini nümunə kimi göstərə bilərik. Ölkəmizdə öz tamaşaçı auditoriyası olan istənilən əcnəbi müğənninin də konsertinin təşkil olunmasına Nazirlik olaraq hörmətlə yanaşırıq.

Eyni zamanda diqqətə çatdırırıq ki, Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan və daxil olmayan konsert salonlarında tədbirlərin təşkili həmin müəssisə və prodüser mərkəzləri arasında bağlanılmış müqavilə əsasında müvafiq vergi, icarə və digər təşkilatı xərclər ödənilməklə həyata keçirilir. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyindən rəsmi icazə alınması tələb olunmur.

Qeyd edək ki, Nazirlik tərəfindən Azərbaycan mədəniyyətinin, milli irsinin ölkə daxilində, eləcə də xaricdə tanıdılması və təbliğ edilməsi məqsədilə dövlət əhəmiyyətli tədbirlər, konsertlər təşkil olunur.

Bəzi kütləvi informasiya vasitələrinə sensasiya xatirinə dövlətlərarası münasibətlərə xələl gətirəcək addımlardan çəkinməyi, peşəkar jurnalistika prinsiplərindən uzaqlaşmamağı tövsiyə edirik".



Xəbər 1800 dəfə oxunub.




03.06.2025  09:58 

Qanunsuz tikinti sökülüb -Fotolar

02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub


BÜTÜN XƏBƏRLƏR +