Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


03.12.2022  13:55 

Sumqayıtda 3 oğru dəstəsi ələ keçdi - FOTO





A+  A-

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində şəhər ərazisində marketlərdən, evlərdən, habelə avtomobillərdən oğurluqlar edən şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətindən XəzərNews.az-a verilən xəbərə görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Fərid Baxşıyev, Daşqın Salmanov və Fərid Qurbanov tutulublar.

Aparılan araşdırmalar zamanı bu şəxslərin Novxanı bağlar massivində 10-dan çox evdən kombi aparatları və digər məişət əşyaları oğurladıqları məlum olub.
Bölmə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı gecə saatlarında Sumqayıt şəhərində avtomobillərin şüşələrini qıraraq maşınların salonlarından və marketlərdən silsilə oğurluqlar edən Qabil Kərimov və Orxan Qurbanov da saxlanılaraq istintaqa təqdim ediliblər.

Həyata keçirilən sonuncu əməliyyat zamanı isə Sumqayıt şəhəri Sahil küçəsində evlərdən təmir-tikinti alətləri və dəmir ləvazimatlar oğurlayan Ruslan Qasımov, Roman İsmayılov və İbrahim Abdullayev saxlanılıblar.

Aşkar edilən faktlarla bağlı toplanan materiallar Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin hər biri barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.



Xəbər 975 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +