Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


03.12.2022  10:50 

“ABŞ sülh üçün hər şeyi etməyə hazırdır” - Filip Riker - Video





A+  A-

ABŞ dövlət katibi Entoni Blinken və milli təhlükəsizlik müşaviri Ceyk Sallivan tərəfindən təmsil olunan ən yüksək səviyyədə Ermənistan-Azərbaycan danışıqlarında iştirak edir və onu dəstəkləyir.

XəzərNews.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Qafqaz üzrə baş müşaviri, səfir Filip Riker ABŞ səfirliyindən videomüraciətində deyib.

“Biz Cənubi Qafqaz regionunda dinc gələcəyin təmin edilməsi prosesinə sadiqik. Biz qəti şəkildə inanırıq ki, davamlı birbaşa dialoq (yəni hərbi fəaliyyət deyil, diplomatiya) məsələlərin həlli və hərtərəfli, davamlı sülh və firavanlığa nail olmaq üçün açardır. Hamımız başa düşürük ki, bu asan deyil, lakin mən Blinkenin xarici işlər nazirləri Mirzoyan və Bayramovla görüşdə səsləndirdiyi fikirləri təkrarlamaq istəyirəm. O bildirib ki, Birləşmiş Ştatlar sabit sülhün bərqərar olması üçün səylərinizi dəstəkləmək üçün mümkün olan hər şeyi etməyə hazırdır”, - Riker bildirib.

Diplomat xatırladıb ki, dövlət katibi Antoni Blinkenin qeyd etdiyi kimi, hər iki dövlət Cənubi Qafqazda daha firavan, dinc gələcəyi təmin etmək naminə çalışır: "Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu dəstəkləyir və əldə olunan impulsun yeni ildə də saxlanılmasına çağırır. Real proqres əldə olunub və sülh daha yaxşı və parlaq gələcək vəd edir. Mən sülhün əldə olunması üçün nümayiş etdirilən zəruri cəsarəti və qətiyyəti alqışlayıram".

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker noyabrın 28-29-da Azərbaycanda səfərdə olub.

Noyabrın 28-də Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib.



Xəbər 896 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +