Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


07.10.2022  14:12 

Ağcabədidə 20 nəfər saxlanılıb - Əməliyyat





A+  A-

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının son günlərdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində, oğurluq əməlləri törətməkdə və qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən ümumilikdə 20 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.

XəzərNews.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən xəbər verir ki, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən ardıcıl tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 17 nəfər tutulub. Onlardan ümumilikdə 1 kiloqrama yaxın müxtəlif adda narkotik tərkibli vasitələr aşkar edilərək götürülüb.

Həmçinin şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Onların rayon ərazisində fərdi yaşayış evlərindən oğurluq edərək zərərçəkmiş şəxslərə 5000 manat civarında ziyan vurduqları müəyyən edilib.

Bundan başqa, keçirilən tədbirlərlə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən 1 nəfər də müəyyən edilib və ondan “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlarla bağlı Ağcabədi RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq zəruri istintaq hərəkətləri aparılır.

Xəbər 6803 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +