Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


01.06.2021  10:54 

Soyuducuda saxlanılan erməni hərbçilərin cəsədlərinin fotoları yayıldı





A+  A-

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanda etiraz aksiyası keçirən itkin düşən əsgərlərin ailə üzvləri hərbçilərin cəsədlərinin uzun müddət soyuducuda gizlədildiyini iddia etmişdilər. Bu gün isə sosial şəbəkələrdə erməni hərbçilərin cəsədlərinin soyuducularda acınacaqlı şəkildə saxlanıldığını göstərən fotoşəkillər yayılıb. Polietilen torbalarda saxlanılan cəsədlərin zirzəmidə pərakəndə şəkildə səpələndiyi görünür.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, şəkillər Ermənistan ictimaiyyətində ciddi rezonansa səbəb olub. Buna paralel olaraq, ölən hərbçilərin yaxınları, səlahiyyətliləri 200-ə yaxın hərbçinin cəsədinin və bundan başqa ölənlərin həqiqi sayını da gizlətməkdə ittiham edirlər.

Ermənistan Səhiyyə Nazirliyi ölən hərbçilərin sayını gizlətdikləri barədə məlumatları və cəsədlərin təhqiramiz saxlanması ilə bağlı iddiaları təkzib etsə də etirazlardan sonra cəsədləri başqa yerə aparmalı olub.

Nazirlik, həmçinin internetdə yayılan fotoşəkillərlə bağlı araşdırma başladıldığını açıqlayıb.

Xatırladaq ki, bazar ertəsi günü Ermənistanda itkin düşən hərbçilərin yaxınları İrəvanın Heratsi küçəsini bağlayaraq etiraz aksiyası keçiriblər. Onlara görə, səlahiyyətlilər lazımsız səs-küydən qaçmaq üçün qurbanların cəsədlərini soyuducuda uzun müddət gizlədiblər. Etirazçılardan biri Arsen Qukasyan, meyvə soyuducuları da daxil olmaqla müxtəlif yerlərdə 200-dən çox cəsədin gizli saxlanıldığını iddia etmişdi.







Xəbər 1723 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +