Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


09.02.2018  10:17 

İki ölkə arasında smartfon böhranı





A+  A-

Samsung şirkəti Cənubi Koreyanın Pxyonçxan şəhərinin 9-25 fevral tarixlərində ev sahibliyi edəcəyi 2018 Qış Olimpiya Oyunlarına qatılacaq bütün idmançılara smartfon hədiyyə edəcəyini açıqlamışdı.
Lakin şirkətdən bildirilib ki, ABŞ-ın sanksiyalarına görə İran və şimali koreyalı idmançılara telefon hədiyyə edilməyəcək. Bu, Tehranda boykot çağırışlarına səbəb olub.

XəzərNews.az İran mediasına istinadən xəbər verir ki, məsələyə münasibət bildirən İran xarici işlər naziri Məhəmməd Cavad Şərif və İran parlamentinin İqtisadiyyat Komissiyasının üzvü Əli Əkbər Kərimi cənubi koreyalı səlahiyyətlilərə etiraz edərək xalqa boykot çağırışı ediblər.
Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi isə şirkətin üzr istəməyəcəyi təqdirdə bu məsələnin İran və "Samsung" arasındakı ticarət əlaqələrinə böyük təsir edəcəyini bildirib.

Bildirək ki, Samsung oyunlara qatılan bütün ölkələrin idmançıları və səlahiyyətlilərinə "Samsung Galaxy Note 8" telefonu hədiyyə edərək hər anı çəkmələrini və dünyayla paylaşmalarını təmin etmək istəmişdi.

Xəbər 1560 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +