Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


20.03.2025  22:14 

Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi





A+  A-

Bakı sakini Faiq İmanovun başına kuryoz hadisə gəlib.

XəzərNews.az xəbər verir ki, avtomobilini idarə etmədiyi halda ona cərimə yazılıb. Cəriməni araşdırarkən məlum olub ki, o, Salyan rayonu, Xalac kəndi ərazisində sürət həddini aşdığı üçün cərimələnib. Lakin vətəndaş həmin gün Bakıda olduğunu bildirib:

“Bakıda evdə bayram qeyd edirdik, bizim Salyanda nə işimiz var? Sonra SMS-radara baxanda məlum oldu ki, cərimə yazılan avtomobil Yol Patrul Xidməti (YPX) avtomobilidir. Sadəcə nömrə nişanları oxşardır. Mənim avtomobilimin nömrə nişanı 99 XP 939-dur. Radara düşən avtomobil isə 99 YP 939”.

Şikayətçi bildirib ki, üçüncü dəfədir ki, nömrə oxşarlığı səbəbindən ona səhvən cərimə yazılır: “Məsələ ilə bağlı 102, 902-yə dəfələrlə zəng etmişəm. Amma həmin cərimələri sildirə bilməmişəm”.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, fakt təsdiqlənərsə, vətəndaşa yazılan cərimə ləğv olunacaq.

Xəbər 3452 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +