Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


17.03.2025  14:43 

“Mən bitərəf deyiləm, mövqeyim sülhdür“ - Modi





A+  A-

"Mən bitərəf deyiləm, mövqeyim sülhdür".

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə açıqlama verən Hindistanın baş naziri Narendra Modi Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskini Moskvanın Kiyevə qarşı müharibəsinə son qoymaq üçün birbaşa danışıqlar aparmağa çağırıb. O, bu barədə martın 16-da özünün YouTube kanalında yayımlanan Lex Fridmanın podkastına müsahibəsində bildirib.

Modi müharibənin diplomatik yolla sona çatmasının tərəfdarı olduğunu bildirib və hərbi qələbələrin uzunmüddətli “problemin həllinə” gətirib çıxarmayacağını vurğulayıb.

"Mənim həm Rusiya, həm də Ukrayna ilə yaxın münasibətlərim var. Prezident Putinlə oturub deyə bilərəm ki, indi müharibə vaxtı deyil. Həm də dostcasına prezident Zelenskiyə deyə bilərəm ki, qardaş, nə qədər insan səninlə sülh içində olsa da, döyüş meydanında heç vaxt həll yolu olmayacaq", - o, vurğulayıb.

Baş nazir qeyd edib ki, uzunmüddətli münaqişə nəticəsində qlobal birlik, o cümlədən Qlobal Cənub zərər çəkib. Onun sözlərinə görə, dünya ərzaq və yanacaq böhranları ilə mübarizə aparır, ona görə də “dünya birliyi sülh naminə birləşməlidir”.

"Ukrayna müttəfiqləri ilə saysız-hesabsız müzakirələr apara bilər, lakin bu, heç bir nəticə verməyəcək. Hər iki tərəf müzakirəyə cəlb edilməlidir", - Modi deyib.

Xəbər 1732 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +