Türkiyə qərar verdi: Gültəkin Hacıbəyli deport edilir
Ukrayna “Lukoil“un Xəzərdəki platformalarını vurdu
“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı
Yeni başçı müavini vəzifəsindən azad etdi
Hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı - İqtisadçı
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi... - DİN-dən təşəbbüs
Deputatın oğlunun şirkəti 196 minlik tenderi uddu
Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmir
Amnistiya kimlərə şamil olunacaq?
Ukrayna-Amerika: Danışıqların ikinci mərhələsi başlayıb


11.12.2025  14:09 

Özü Ramiz Mehdiyev haqqında təriflər yağdırıb - Deputat





A+  A-

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Əli Kərimli və tərəfdarlarının Ramiz Mehdiyevlə əlaqələri haqqında danışarkən AXCP sədrinin keçmiş müavini, deputat Razi Nurullayevin adını hallandırıb.

Sərdar Cəlaloğlunun sözlərinə görə, Əli Kərimlinin rəhbəri olduğu AXCP-də bir çox şəxslərin Ramiz Mehdiyevlə əlaqələrinin olması mümkündür və Razi Nurullayev də istisna deyil.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Ramiz Mehdiyevi ancaq televiziyada gördüyünü bildirib:

"Ramiz Mehdiyevlə mənim aramda hər hansı əlaqə axtarmaq tamamilə əsassız, cəfəng və uydurulmuş bir fikirdir. Mən o adamı yalnız televiziyada və şəkillərdə görmüşəm. Heç vaxt görüşməmişəm, danışmamışam, heç bir münasibətim olmayıb".

O, Sərdar Cəlaloğlunun bu cür iddialar səsləndirməyinin səbəbini də açıqlayıb:

"Sərdar bəy artıq uzun müddətdir ki, siyasətdə faktı bir kənara qoyub fantaziyalarla danışır. Onun son açıqlamaları göstərir ki, məqsəd analitik fikir vermək yox, sadəcə efirdə səs-küy yaratmaq, gündəmə çıxmaq və özünə yer tapmaqdır. Onun özü Ramiz Mehdiyev haqqında təriflər yağdırıb, fəaliyyətini öyüb, kitablarına dəyər verdiyini yazıb. Bu iddia da həmin səviyyənin məhsuludur. Heç bir fakt, heç bir dəlil, heç bir məntiq yoxdur. Sadəcə, fikir olsun deyə danışılmış bir söz.

Həqiqət isə çox sadədir: Sərdar Cəlaloğlu hər dəfə çömçə kimi müxtəlif mövzuları bir-birinə qatıb özünü “dərin bilən adam” kimi göstərməyə çalışır. Bu isə nə siyasi analizdir, nə də ciddiyyətin göstəricisi:

Mənim siyasi fəaliyyətim o dövrdə də, bu gün də şəffaf olub. Heç kim mənim adıma hansısa gizli əlaqə, kölgəli münasibət yapışdıra bilməz. Çünki belə bir şey olmayıb" - deyə o qeyd edib.

Xəbər 892 dəfə oxunub.




15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı


BÜTÜN XƏBƏRLƏR +