SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək
Bakıda hava yağmursuz keçəcək - Sabah
Əjdər Olun kassasiya şikayətinə baxılıb
Prezidentimizə eşq olsun... - Aqil Abbas
Xəstə uşaq şəkli ilə 200 min manat yığdı - VİDEO
Tramp Putinlə “sülh planı“nı müzakirə edib


09.12.2025  15:22 

Əraqçinin xanımı Bibiheybət ziyarətgahında - Foto





A+  A-

İranda xarici işlər naziri funksiyasını icra edən Abbas Əraqçinin Bakıya rəsmi səfəri çərçivəsində onun xanımı da bir sıra mədəni-dini məkanlarla tanış olub.

XəzərNews.az xəbər verir ki, bu gün səhər saatlarında Əraqçinin xanımı Bibiheybət ziyarətgahını ziyarət edərək məkan haqqında ətraflı məlumat alıb.

Ziyarət zamanı ziyarətgahın tarixi, memarlıq özəllikləri və buranın Azərbaycan üçün dini-mənəvi əhəmiyyəti barədə ona geniş məlumat verilib. Qonaq həmçinin ziyarətgah kompleksində aparılan bərpa işləri və ziyarətçilər üçün yaradılan şəraitlə tanış olub.

İran nümayəndə heyətinin Bakı səfəri iki ölkə arasında diplomatik dialoqun genişləndirilməsi fonunda baş tutur. Qonağın xanımının Bibiheybətə baş çəkməsi mədəni və mənəvi əlaqələrin də diqqətdə saxlanıldığını göstərən jest kimi qiymətləndirilir.

Səfər proqramı çərçivəsində digər mədəni və sosial obyektlərə də ziyarətlərin nəzərdə tutulduğu bildirilir.





Xəbər 1159 dəfə oxunub.




15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?


BÜTÜN XƏBƏRLƏR +