Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


05.08.2025  15:54 

Həmkarlar İttifaqları Konfederasiyası endirim fırıldağı edir? – Fotolar





A+  A-

“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası endirim fırıldağı edir? İnanmaq istəmirəm, amma elə görünür. Qusar Park Hill otel üçün ailəvi seçim vermədi, otaqlar 2 nəfərlik imiş. Qidalanma da bir dəfə. Tamam, 2 nəfərlik putyovka üçün müraciət qoydum, göstərdi ki, real çöldən-çölə qiymət 680 manatdır, amma bizə 85 faiz endirimlə 102 manat verir. Burası əla. Yoldaşım müharibə veteranı olduğuna görə endirim daha çoxdur”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə journalist Fərəh Sabirqızı çıxış edib.

F.Sabirqızı bildirib ki, Booking-də eyni otel, eyni tarixlər, 2 nəfər, 1 dəfəlik qidalanma çöldən-çölə qiyməti 680 yox, 310 manat göstərir axı:

“Hətta o qiymətlə bron da elədim... Demək belə çıxır ki, bəzi brend mağazalar kimi AHİK də qiyməti əvvəlcə süni qaldırıb sonra endirim edir? Niyə axı? Elə real 30-50 faiz endirim kimi göstərilsin də. Bəlkə nəsə ayrı bir açıqlaması var?”

Jurnalist xanım əlavə edib ki, ümumiyyətlə AHİK ilə bahalı istirahət mərkəzlərinə ucuz putyovka ala bilən olubsa, halaldır:

“Mən yoldaşımın veteranlıq vəsiqəsin, əlillik kağızını, 4 medalının şəklini və s. hamısını ərinmədən sistemə yükləsəm də, bizə yer çatmadı. 3 həftə gözləyib, gözləyib imtina aldıq. Həmin vaxta qədər də sistemdə daha demək olar seçim qalmadı...”








Xəbər 1440 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +