Qızmar istilər başlayır: 38 dərəcə isti
Diplomatlarımız Kiyevdə Azərbaycan Evini ziyarət edib - Foto
Əli Xamenei Azərbaycana niyə nifrət edir?
Aleksandr Kubrakov üzərində axtarış aparılır
Prezident gürcü naziri qəbul etdi
“Respublika“ “Xalq“ qəzetinə birləşdi - FƏRMAN
“Yelo Bank” ən çox şikayət edilən bank oldu
Krasnodarda 18 ton Azərbaycan şaftalısını məhv ediblər
Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb


09.03.2020  12:25 

Dünya Bankı Azərbaycanda layihənin icrasına başlayacaq





A+  A-

Dünya Bankının Direktorlar Şurası ölkəmizdə özünüməşğulluq proqramının əhatə dairəsinin daha da genişləndirilməsinə, həmçinin məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsinə dəstək məqsədi daşıyan “Azərbaycanda məşğulluğa dəstək layihəsi”ni təsdiq edib.
XəzərNews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının müvafiq missiyası ilə bir sıra görüşlər keçirilərək müzakirələr aparılıb. “Azərbaycanda məşğulluğa dəstək layihəsi”nin birgə icrası üzrə görüləcək işlər müəyyən olunub.

Təsdiq edilən layihənin əsas məqsədi ən yaxşı təcrübələr əsasında özünüməşğulluq proqramının genişləndirilməsi, işsiz şəxslərin Dünya Bankının vəsaitləri hesabına özünüməşğulluğa cəlb edilərək onların formal əmək bazarına və layiqli məşğulluğa çıxışına şərait yaradılmasıdır.

Proqramın əhatə dairəsi və səmərəliliyinin artırılması ilə yanaşı, layihənin tərkib hissələrinə proqram çərçivəsində göstərilən dəstəyin miqyasının genişləndirilməsi, məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsi, o cümlədən Nazirliyin peşə təhsil müəssisələri ilə bağlı strategiyanın hazırlanması və s. daxildir.

Dəyəri 100 mln. ABŞ dolları olan və 2020-2025-ci illəri əhatə edəcək layihə həmin dövrdə ölkəmizdə əlavə olaraq 22 min işsiz şəxsin qeyri-kənd təsərrüfatı sektoru istiqaməti üzrə özünüməşğulluq proqramına cəlb olunmasını və onların kiçik biznesə çıxışını təmin etməyi nəzərdə tutur.

Dünya Bankı və Azərbaycan Hökuməti adından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kredit sazişi imzalandıqdan sonra layihənin bu ilin ortalarından icrasına başlanması planlaşdırılır.

Xəbər 3446 dəfə oxunub.




11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi

10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +