YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


06.06.2018  12:09 

Kassa çeki verməyənlər cərimələnəcək





A+  A-

Vergi Məcəlləsində nağd pul hesablaşmalarının aparıldığı təsərrüfat subyektləri və obyektlərində vergi ödəyiciləri tərəfindən nəzarət kassa aparatlarının quraşdırılması vəzifələri təsbit olunub.
Vergilər Nazirliyindən XəzərNews.az-a daxil olan xəbərə görə, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, bəzi fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatları (NKA) vasitəsilə aparılmalıdır. Nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin sənədlərdə qanunvericiliklə müəyyən olunmuş məlumatların əks etdirilməsini təmin etmək NKA istehlakçısının vəzifələrinə aiddir. Hazırda NKA-ların qeydiyyatı, quraşdırılması, istifadəsi üçün lazım olan bütün infrastruktur mövcud olsa da, bəzi təsərrüfat subyektlərində həmin cihazdan istifadədə ciddi problemlər müşahidə olunur.

Kassa çekinin verilməməsi məsuliyyət yaradır

Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni NKA və ya ciddi hesabat blankları tətbiq edilmədən, vergi orqanlarında qeydiyyatdan keçirilməyən və ya texniki tələblərə cavab verməyən cihazlardan istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim olunmalı çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:

• təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 2000 manat məbləğində;

• təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 4000 manat məbləğində;

• təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Xəbər 2238 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +