İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi
Sabah Bakıda yağış yağacaq - Hava
Məhkəmə Ələsgər Məmmədli ilə bağlı qərar verdi
Bu dərmanlar pulsuz olacaq - Açıqlama
Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı


17.08.2023  10:33 

Kəmaləddin Heydərova bağlı şirkət gömrük qaydalarını pozmaqda ittiham olunur





A+  A-

Azərbaycanın ən iri şirkətlərindən olan "Gilan Holding”ə daxil olan "Gilan & Knauf” MMC gömrük qaydalarını pozmaqda ittiham olunur.

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub.

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib və hakim Solmaz Mustafayevanın icraatına verilib.

485.2-ci maddəyə əsasən, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

"Gilan & Knauf” MMC-nin əsası 2006-cı ildə qoyulub. Şirkət "Gilan Holding” və "Knauf Gips AG” tərəfdaşlığı nəticəsində yaradılıb. "Gilan Holding” fövqəladə hallar naziri Kəmaləddin Heydərova bağlı şirkət kimi tanınır./Qaynarinfo

Xəbər 1291 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto


BÜTÜN XƏBƏRLƏR +