Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”
Tanınmış şairin səhhəti pisləşib
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb
Vəzifəli şəxslərin həbsi tələb edildi - Azərbaycanda
Azərbaycanda faktiki hava açıqlanıb
İranın İslami strukturlarla münasibətlərində gərginlik – Açıqlama
ADY əlavə qatar reysləri təşkil edəcək
Putin iqtisadiyyatın kəskin yavaşladığını etiraf edib
İsrail Qəzzaya qurudan hücuma başladı


29.07.2025  15:18 

Məhkəmənin qərarına hörmətsizlik edən şəxs kimə arxayındır? - Fotolar





A+  A-

Xəbər verdiyimiz kimi, Ağstafa rayonu, Heydər Əliyev prospekti 53 ünvanında vətəndaş Elşən Musayevə məxsus torpaq sahəsini qeyri-qanuni yollarla zəbt edən rayon sakini Mircəlal Mahmudov məhkəmənin qərarına hörmətsizlik edir.

XəzərNews.az-a daxil olan məlumatda qeyd olunur ki, mübahisəli torpaq sahəsi üzrə məhkəmə prosesinin davam etməsinə baxmayaraq tikinti işlər davam edir.

Tərəflər arasında qarşılıqlı məhkəmə çəkişməsinin getdiyi ərəfədə Ağstafa rayon Məhkəməsi 18.07.2025-ci il tarixli yeni bir qərar elan edib. Hakim Heyran Mürsəlovanın sədrliyi ilə keçirilən prosesdə iddiaçı Elşən Musayevin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək Ərizəsini təmin edib.

Məhkəmə Ağstafa rayonu Heydər Əliyev prospekti 53 saylı ünvanla E.Qələmçəli küçəsi 2 saylı ünvanın kəsişməsində olan mübahisəli torpaq sahəsində tikinti, bərpa və ya dəyişikliklərin edilməsini Məlahət Musayevaya və digər şəxslərə qadağan edib.

Qərardadın dərhal icra edilməsi Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunub.

Məhkəmənin qərarından 2 gün sonra Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları ərazidə olub və tikintinin dayandırılmasını tələb edib.

Lakin tikintini aparan şəxslər məhkəmə qərarına heç bir məhəl qoymadan tikintinin üstünü dəmir kostruksiya ilə bağlayıb, içərisində aparılacaq hörgü-suvaq işlərinin kənardan görünməməsi üçün bağlayıblar.


Foto 1: Tikintinin dayandırılması ilə bağlı məhkəmə qərarı


Foto 2: Tikintinin dayandırılması ilə bağlı məhkəmə qərarı


Foto 3: Tikintinin məhkəmə qərarından əvvəlki görünüşü


Foto 4: Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşı tikintinin dayandırılması ilə bağlı məhkəmə qərarını elan edir


Foto 5: Tikintinin dayandırılması ilə bağlı məhkəmə qərarından sonra görülən işlər


Foto 6: Tikintinin dayandırılması ilə bağlı məhkəmə qərarından sonra görülən işlər

Problemlə bağlı daha ətraflı aşağıdakı video-materialda tanış ola bilərsiz:




Xəbər 2529 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı

15.09.2025  15:56 

Prezident sərəncam İMZALADI

15.09.2025  14:09 

Deputat rektorları tənqid etdi


BÜTÜN XƏBƏRLƏR +