“Bolmart”da əməliyyat: Rəsmi açıqlama yoxdur
Ramiz Mehdiyevin gizli məktubu üzə çıxıb - Foto/Fakt
Monteneqroda azərbaycanlı və türklər saxlanıldı
General Saleh Səmədova medal veribmiş - FOTO
Gömrük polkovniki küçədə adam döydü - Video
Paytaxtda 15500 manat oğurlayan şəxs saxlanılıb
Tramp inanır ki... - Rusiya - Ukraynada müharibəsinə son qoya bilər
Orxan Mürsəlovun sabiq müavininin həbsi tələb edildi
“Yelo Bank”a neçə dəfə maliyyə sanksiyaları tədbiq edilib?
YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO


29.11.2022  10:38 

Qara maskalı oğlanların baş çəkməli olduğu xeyli ünvan var...





A+  A-

DTX-nın Naxçıvan Dövlət Gömrük Komitəsində keçirdiyi antikorrupsiya əməliyyatı cəmiyyəti silkələdi. Hətta çox adam ilk dəfə qəflət yuxusundan ayıldı. Rüşvət və korrupsiyanın miqyası insanları əməlli-başlı hiddətləndirib. Bunun adı dövlətə qəsd, millətə qənim kəsilməkdir. Camaatın əlində imkan olsa, həmin adamların ətini kəsər.

İqtisadçı-alim Qubad İbadoğlu dəhşətli faktlar açıqlayıb. Bildirib ki, büdcəyə gündə 86,041 manat daxil olduğu halda yalnız 1 gömrük məmurunun dövlətdən gündəlik oğurladığı vəsait 361,643 manat olub. Bilirsiniz, bu nə deməkdir? Adam əlini ağdan-qaraya vurmaya-vurmaya 3 gündə ən azı 1 milyon manatı qatlayıb qoyub cibinə. Aydın məsələdir ki, bu qədər pul cibə sığmaz, villa tikdirib, bahalı maşınlar alıb, xaricdə biznes qurub.

Bir gündə bu qədər pul qazanmaq olar? Olar! Soruşa bilərsiniz ki, bu qədər pulu kim, nə vaxt, harada qazanıb? Yazım: Bir gündə bu qədər pulu futbol ulduzu Kriştiano Ronaldo qazanıb. Harda qazandığı da məlumdur. Stadionda, qaça-qaça, tər axıda-axıda...

DTX-nın Naxçıvanda keçirdiyi antikorrupsiya əməliyyatı dəhşətli faktlar üzə çıxardı. Məlum oldu ki, saxlanılanlardan biri - Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rafael Əliyev 144 milyon manat dövlət əmlakını mənimsəyib. Saxlanılan digər şəxs - Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan isə dövlətin 132 milyon manatını dədəsinin pulu kimi məzdəyib.

Mən Naxçıvanda çox olmuşam. Naxçıvanlılar zəhmətkeş və qonaqpərvər camaatdır, onlar daşdan da çörək çıxarmağı bacarırlar. Amma bu cür yaramaz idarəçilik üzündən son illər Naxçıvan sürətlə boşalıb. Naxçıvanlıların yarısı Bakıda, Şəkidə vəzifədə çalışsa da, yarısından çoxu Türkiyədə, ələlxüsus da İğdır şəhərində bir tikə çörək üçün gecə-gündüz çalışır. Aralarında elələri var ki, aylarla arvad-uşaq üzü görmür, bir dəfə üzü gülmür. Maaşını alanda dəyəri günbəgün azalan türk lirəsini sığallayıb döş cibinə qoyur, ailəsinin, uşaqlarının xətrinə çox vaxt qarın dolusu yemək də yeyə bilmir. O naxçıvanlılar, elə biz özümüz qəpiyə güllə atdığımız halda, onlar hər gün milyonları “dala” atır...

Tez-tez deyirəm və yazıram ki, qara maskalı oğlanın baş çəkməli olduğu xeyli ünvan var. Açığı, bunu deyəndə heç vaxt Naxçıvan gömrüyünü nəzərdə tutmurdum. Elə bilirdim ki, orada - gözdən-könüldən uzaq o gözəl Naxçıvanda heç kim “xan”ın qorxusundan dövlətin bir qara qəpiyinə əl uzatmaz. İndi məlum oldu ki, hara getməli olduğunu qara maskalı oğlan məndən yaxşı bilir.

Yolu açıq olsun...

Seymur VERDİZADƏ
Yenisabah.az-ın Baş redaktoru


Xəbər 2409 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO

27.10.2025  12:24 

Türkiyədə zəlzələ oldu

27.10.2025  10:15 

“Report“ 11 yaşında

27.10.2025  00:41 

İranda güclü zəlzələ


BÜTÜN XƏBƏRLƏR +