Gömrük polkovniki küçədə adam döydü - Video
Paytaxtda 15500 manat oğurlayan şəxs saxlanılıb
Tramp inanır ki... - Rusiya - Ukraynada müharibəsinə son qoya bilər
Orxan Mürsəlovun sabiq müavininin həbsi tələb edildi
“Yelo Bank”a neçə dəfə maliyyə sanksiyaları tədbiq edilib?
YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO
“Ana Vətən” rəzaləti, yoxsa “siyasi partiya” adlı ailə təsərrüfatları...
Paşinyan: Azərbaycana tranzit məhdudiyyətlərini qaldırırıq
Bakıda 10 ailənin həyatı təhlükə altında -VİDEO
Azərbaycanla işi davam etdiririk - Paşinyan


28.10.2019  13:36 

“Gülyanaq “Leyli” üçün 4 min rüşvət verib”





A+  A-

Əməkdar artist Nigar Şabanova Xalq artisti Gülyanaq Məmmədova barədə şok iddia ortaya atıb.
Sənətçi “Hər şey daxil” proqramına telefonla bağlanaraq xanəndənin Opera və Balet Teatrında Leyli obrazını canlandırmaq üçün 4000 manat rüşvət verdiyini iddia edib.

XəzərNews.az bildirir ki, “Qafqazinfo” mövzu barədə G. Məmmədova ilə əlaqə saxlayıb. Xalq artisti Nigarın yalan danışdığını söyləyib: “Əminliklə deyirəm ki, bir qəpik də verməmişəm. İllərdir teatr məni Leyli obrazını canlandırmaq üçün dəvət edirdi. 1993-cü ildən bəri dəfələrlə müraciət etmişdilər. Deyirdilər ki, bu obraz sənə yaraşar. O vaxtlar qastrollara çox getdiyim üçün təklifi qəbul etməmişdim. Daha sonra məndə istək birdən yarandı, teatr rəhbərliyinə müraciət etdim. Direktor Akif Məlikov da razılıq verdi. Hamı öz köməyini əsirgəmədi.

Mən sadəcə olaraq afişaları öz hesabıma çıxartdırdım və Leylinin səhnədə geyimini tikdirdim. Çünki başqasının paltarını geyinmək istəmirdim. Teatrın özünün gözəl dərziləri var, mənim üçün eyni formada yeni paltar tikdilər. Mən niyə onun-bunun geyindiyi paltarı geyinim? İkinci tamaşadan sonra yenə dəvət aldım. Çünki birincidə anşlaq oldu. İndi dərslərim çoxdur, səhhətim qaydasında deyil. Bu səbəbdən hələ rol almamışam. Nigar Şabanovanı da qınamıram, bəlkə, obrazı oynamaq istəyir, ürəyindən keçir. Nə baş verdiyini bilmirəm. Heç 4 min manat məsələsindən də xəbərim yoxdur. İnanın, bir daha deyirəm, balalarımın canı mən pul verməmişəm”.

Qeyd edək ki, N. Şabanova bir müddət əvvəl Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyini rüşvətxorluqda ittiham etmişdi. Demişdi ki, ondan “Leyli və Məcnun” operasında Leyli obrazını oynamaq üçün 4 min manat pul istənilib və teatrın kassasına min manat pul ödəməsi tələb edilib.

Teatrın mətbuat xidməti isə ittihamları təkzib edərək Nigar Şabanovaya şans verildiyini, lakin çıxışının uğursuz alındığını və bu səbəbdən də əməkdaşlığın baş tutmadığını qeyd edib.

Xəbər 3602 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO

27.10.2025  12:24 

Türkiyədə zəlzələ oldu

27.10.2025  10:15 

“Report“ 11 yaşında

27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür


BÜTÜN XƏBƏRLƏR +