Moskva üzərində 6 PUA məhv edilib
İranda güclü zəlzələ
Bərdə terrorundan 5 il ötür
Ukrayna bu ölkədən qırıcılar alacaq -Zelenski
Həyəcan təbili: quş qripi sürətlə yayılır
Kənan Heybətov dünya çempionu oldu
Ayfon işlədənlərin WhatsApp-ında problem: Statuslarda səs çıxmır
“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib


13.10.2017  16:54 

Defisləri bu ünvanlarda PULSUZ bərpa edə bilərsiniz





A+  A-

Baş Dövlət Yol Polisi İdarəsi dövtlər nömrə nişanlarında pozulmuş defis işarələrinin bərpası üçün heç bir ödəniş tələb etməyəcək.
XəzərNews.az xəbər verir ki, barədə avtosfer.az-a açıqlamasında idarənin şöbə rəisi Kamran Əliyev məlumat verib. O bildirib ki, sürücülərin narahat olması üçün hər hansı səbəb yoxdur: "Çünki söhbət nömrənin tam olaraq dəyişdirilməsindən yox, sadəcə həmin işərənin bərpa edilməsindən gedir. Bunun üçün nömrəni dəyişdirmək lazım deyil. Artıq Baş Dövlət Yol Polisi İdarəsi müvafiq tapşırıqlar və avadanlıqlar verməklə DYP-nin rayon şöbələrini təlimatlandırıb.

Sürücülər bir ay ərzində istənilən rayonun DYP şöbəsinə, eyni zamanda Baş DYP İdarəsinə, Bakı şəhər DYP İdarəsinə, DYP-nin stasionar postlarına, hətta yollarda xidmət aparan bəzi DYP avtomobillərinə yaxınlaşaraq həmin problemi aradan qaldıra bilərlər. Bütün əməkdaşlara göstəriş verilib. Hətta yolda da DYP əməkdaşlarına yaxınlaşıb soruşmaq olar. Əgər avtomobildə müvafiq avadanlıqlar varsa, dərhal nömrəni standarta uyğun hala gətirib, sürücüyə təhvil verəcəklər. Artıq bir neçə DYP avtomobilində belə avadanlıqlar var. Əməkdaşlar səliqə ilə həmin defis işarəsini bərpa edə bilirlər. Bir ay ərzində heç bir sürücüyə cərimə yazılmayacaq. Lakin bir aydan sonra buna görə cərimə tətbiq olunacaq".

Kamran Əliyev bildirib ki, nömrədəki defis işarəsinin bərpa edilməsinə görə heç bir ödəniş tələb olunmur: "Pulsuzdur".

Xəbər 3113 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +