İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir


22.05.2017  12:25 

“Azərbaycan Respublikasını məhkəməyə verə bilərik...”





A+  A-

Qazaxıstanda pensiya fondunun Azərbaycan Beynəlxalq Bankına yatırılmış 220 milyon dollar vəsaitinin taleyi ilə bağlı narahatlıqlar və müzakirələr davam edir. Xarici borclarının restrukturizasiyasını elan edən bankın bütün borcların ödəniləcəyinə dair bəyanatlarına baxmayaraq Astanada hesab edirlər ki, pensiyaçıların pullarının batması riski var.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Qazaxıstan parlamentinin “Nur Otan” partiyasından deputatı, büdcə və maliyyə məsələləri komitəsinin üzvü Omarxan Oksikbayev “Astana TV”-ə müsahibəsində həmin pulların məhkəmə yolu ilə geri alınması variantından danışıb.

Oksikbayev deyib ki, hazırda Azərbaycan Beynəlxalq Bankın 76 faizinə dövlət nəzarət edir, bu isə o deməkdir ki, Azərbaycan hakimiyyəti xarici borcların geri qaytarılmasına cavabdehdir. “Lakin hələlik heç bir qarantiya yoxdur. Pullar qaytarılmasa Vahid Pensiya Yığım Fondunun yatırdığı vəsaitlərdən heç bir gəlir əldə etməyərək dövlət ziyana düşəcək. Ola bilsin pulları məhkəmə yolu ilə qaytarmaq lazım gəldi. Çünki ortada dövlətin öhdəliyi var. Əgər pullar qaytarılmasa biz Azərbaycan resublikasını məhkəməyə verə bilərik və məhkəmə orqanlarının köməyi ilə yəqin ki, bu pulları qaytarmaq olar”-deputat bildirib.

Oksikbayev fondun pullarını Azərbaycanın riskli bankına yatırdığı üçün menecmenti günahlandırıb.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı 3.3 milyard dollarlıq xarici borcları üzrə ödənişləri dayandırdığını elan edib və aktivlərini kreditorlardan qorumaq üçün Nyu-York məhkəməsində müflisləşmə iddiası qaldırıb. Bu həftə bank Londonda kreditorlarla danışıqlar aparacaq və razılaşma əldə olunsa həmin borclar Azərbaycan dövlətinə transfer ediləcək. Bankın xarici borclarının restrukturizasiyasını elan etməsi həm özünün, həm Azərbaycan dövlətinin suveren kredit reytinqlərinə ciddi zərbə vurub.

Xəbər 2966 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +