“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


24.09.2025  10:49 

Qızıldaşda keçmiş uşaq bağçası zibilxanaya çevrilib





A+  A-

“Bu bina əvvəllər 302 saylı körpələr evi-uşaq bağçası olub, indi isə zibil konteynerinə çevrilib”.

XəzərNews.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Qaradağ rayonu Qızıldaş qəsəbəsi “korpus 32”nin bir qrup sakini müraciət edib.

Onlar bildirib ki, sözügedən əraziyə zibillər tökülür və antisanitar vəziyyət yaranır:

“Dəfələrlə buranın təmizlənməsi üçün aidiyyəti qurumlara müraciət etmişik. Evlərin yaxınlığında zibil konteynerlərinin qoyulacağı və işlərin aparılacağı deyilib. Ancaq nəticə yoxdur. Sözügedən bina 2006-cı ilədək bağça kimi fəaliyyət göstərib. İndi isə yararsız vəziyyətdədir. İstəyirik ki, təmizlənib bərpa olunsun, ətrafda yaşayan sakinlər də əziyyət çəkməsin. Bu qədər zibili kimin tökdüyünü isə bilmirik”.

Vətəndaşların sözlərinə görə, bundan əlavə binanın uçma təhlükəsi də var:

“Ölmüş siçanların qoxusu da bir yandan narazılıq doğurur. Ancaq tək bununla bitmir. Problem hər hansı fəsad yaratmamış qarşısını almaq lazımdır. Həmin binanın divarları kiminsə üstünə aşa bilər. Müvafiq qurumlar təcili şəkildə əraziyə baxış keçirib problemin aradan qalxmasına səy göstərməlidirlər”.


Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza verilən cavab belə oldu: “Sözügedən ərazidə səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 avqust tarixli 1635 nömrəli Sərəncamına əsasən Qızıldaş qəsəbəsində yerləşən 302 saylı körpələr evi-uşaq bağçası özəlləşdirilməyə açıq elan edilib.

Eyni zamanda nəzərinizə çatdırırıq ki, Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı tərəfindən antisanitar vəziyyət aradan qaldırılıb. Ərazinin təmizliyinə isə mütəmadi nəzarət olunur”.

Xəbər 3441 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +