Ukrayna ordusu Xarkov vilayətini müdafiə edir -Zelenski
Ukrayna hərbi bədheybətə çevrilir: bu gün elan etdiyi silah... - Foto
İstanbulda bərə ilə yük gəmisi toqquşub: XƏSARƏT ALANLAR VAR
PUA zərbəsi: 43 nəfər öldü
Özbəkistandan Ukraynaya NOTA
Marneulidə azərbaycanlı yeniyetmə DÖYÜLDÜ -VİDEO
Ukraynada əhalinin sayı aşağı düşüb
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
Ermənistan sürətlə inkişaf edir - AİB açıqladı
Tramp Ərdoğanla görüşəcək: TARİX AÇIQLANDI


19.09.2025  12:17 

Qafqazda Rusiyanın düşmənləri sırasında Kremlin adı sadalanmır





A+  A-

Rusiya rəsmilərindən III dərəcəli dövlət müşaviri, Rusiya xarici müdafiə siyasətinin rəyasət heyətinin üzvü Andrey İlnitskiy son çıxışlarından birində Qafqazı rus sivilizasiyası üçün daimi zərbə altında olan sərhəd ərazi kimi qiymətləndirib. O, dövlətçiliyin əsası olan çoxmilliliyin qorunması baxımından Qafqazı simvol kimi dəyərləndirib.

Daxili hesabatlarda Qafqaz Kremlə məhz bu cür təqdim olunur. Publik mətbuatda isə bölgənin real vəziyyəti əksini tapmır. Əslində Qafqazın ən böyük düşməni Kremlin özüdür. SSRİ dağıldıqdan sonra ilk silahlı dezinteqrasiya prosesi məhz Qafqazda baş verdi. Qarabağdan başlanan hücum SSRİ-nin üzərinə yönəldildi, Qərb isə Kreml daxilindəki əlaltıları vasitəsilə bu prosesləri digər regionlara da tətbiq edib idarə etdi.

Erməni mövzusunun müasir dövrdə qabardılması Qərbin tapıntısı idi. SSRİ-nin iki əsas problemi – milli və iqtisadi böhranı Qarabağ məsələsində birləşdirildi. Qafqazda proseslər başlayarkən məhz bu prinsip əsas götürüldü: çoxmillətli mühitdə iqtisadi problemləri qabardaraq gərginlik yaratmaq. Bu, Kremlin öz təşəbbüsü ilə başladığı proses idi. Sadəcə Qərbin qoyduğu paradiqma Qərb mütəxəssislərinin birbaşa iştirakını tələb etmirdi.

Çeçenistanda “milli azadlıq mübarizəsi” adı altında əslində Moskvanın neft üzərində nəzarəti saxlaması, yerli əhalinin isə bu resurslardan faydalanmaması təmin edilirdi. Yeltsin hakimiyyətinin son illərində əsas məqsəd SSRİ məkanını Qərb üçün resurs mənbəyinə çevirmək idi. Bunun üçün də Yeltsin Rusiyada rəhbər axtarışında idi və nəticədə Vladimir Putinin üzərində dayandı. Putin isə keçmiş SSRİ-ni vahid məkan kimi qoruyub saxlamağa çalışdı.

O dövrdə Qafqazda sabitlik naminə iki kurs diqqət çəkirdi:

1. Kremldəki sağlam qüvvələr Çeçenistan istisna olmaqla, Dağıstan və Şimali Qafqaz üzrə ağıllı yol təklif edərək yerlərdə dayağı olan tayfa təmsilçilərini rəhbərliyə gətirdilər.

2. Rusiya Azərbaycana şübhə ilə yanaşırdı. Ulu Öndər Heydər Əliyev isə Qafqazda sabitlik olmadan Azərbaycanın neft müqavilələrinin işə düşməyəcəyini yaxşı anlayırdı.

O, qonşuluq və tarixi əlaqələr naminə bölgədə sabitləşmə kursunu seçdi. Bu xətt Prezident İlham Əliyev tərəfindən də davam etdirildi və nəticədə Qafqazda sabitlik təmin olundu.

Lakin Kremldə fərqli düşüncə hakim idi. Qafqazda döyüşən qüvvələrin Gürcüstan ərazisindən gəldiyi bəlli olduğu halda, Moskva bu qrupların Azərbaycandan gəldiyini iddia edirdi. Şamil Basayev bütün Qafqazı dolaşaraq müxtəlif bölgələrdə fəaliyyət göstərmişdi. Bunun fonunda Rusiyanın əsas hədəfi Azərbaycana qarşı təzyiq idi.

Sonrakı mərhələdə Qərb və Şərqdən gələn qrupların fəaliyyətinin davamı kimi Ermənistan məsələyə qoşuldu. Serj Sərkisyan Şərq Tərəfdaşlığı Proqramında Şimali Qafqaz mövzusunu qabartdı. ABŞ və Aİ-nin yüksək çinli rəsmiləri Ermənistana məhz Şimali Qafqaz planlarını müzakirə etmək üçün səfərlər etdilər. Ermənistanın coğrafi, dini və etnik əlaqəsi olmayan bu regionu gündəmə gətirməsi Qərbin Rusiyaya təzyiq planının bir hissəsi idi.

Hazırda Qafqazda yeni mərhələ müşahidə olunur:

1. Kreml Şimali Qafqaz və Dağıstanda uzun müddətdir mövcud olan seqreqasiya prosesini legitimləşdirib və aktivləşdirib.

2. İndiki rəhbərlik əvvəlkilərdən fərqli olaraq yerli əhali arasında dayaqsızdır, dini siyasət uğursuz aparılır. Əvvəlki dövrdə respublikaları sabit saxlayan rəhbərlər bu gün işsiz və ya həbsdədir.

3. Məmurlara qarşı münasibət korrupsiya ilə qarışıb. Şimali Qafqaz respublikalarına ayrılan büdcə vəsaiti mənimsənilir, sonradan əvvəlki rəhbərlər korrupsiyada ittiham olunur.

4. Xarici qüvvələrin, xüsusilə İranın bölgədə rolu artıb. SSRİ dağıldıqdan sonra İran Ermənistan, Qarabağ, Abxaziya və Cənubi Osetiyada mövcudluq qurub. Qasım Süleymani bütün bu bölgələrin kuratoru təyin olunmuşdu. Onun ölümündən sonra İran daha da fəallaşdı və bu gün Dağıstanla Şimali Qafqazda İrana təsirsiz ərazi demək olar ki, qalmayıb.

Mütəxəssislərə görə, Dağıstan və Şimali Qafqazda vəziyyətin sabitləşməsi üçün xarici qüvvələr mütləq Kremlin nəzarəti altına alınmalıdır. Cənubi Qafqazda isə Rusiya siyasətini dəyişməli, Azərbaycanla tarixi həqiqətə və ədalətə əsaslanan, bərabərliyi nəzərə alan münasibətlər sistemi qurmalıdır. Bu model çoxqütblü MDB məkanında uğurlu nəticə verə bilər.




Xəbər 820 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.09.2025  23:53 

Laçın hazırda... - Fotolar

19.09.2025  23:33 

PUA zərbəsi: 43 nəfər öldü

19.09.2025  23:30 

Özbəkistandan Ukraynaya NOTA

19.09.2025  22:44 

MTX-nin direktoru Bakıya gəldi

19.09.2025  17:32 

Diqqət: Çaylardan sel keçəcək


BÜTÜN XƏBƏRLƏR +