Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


28.07.2022  09:19 

Məscidlərə vakant vəzifələrin tutulması üçün müsahibənin vaxtı bəlli oldu





A+  A-

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün keçiriləcək müsahibənin vaxtı və yeri bəlli oldu.

XəzərNews.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən keçiriləcək İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə avqust ayının 2-dən etibarən başlayacaq.

Qeyd edək ki, Azərbaycanda İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün bu il 24 may - 24 iyun tarixlərində sənəd qəbulu aparılıb. 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.

Müsahibə Azərbaycan İlahiyyat İnstitutunun binasında (Bakı şəhəri, Məhəmməd Naxçıvani 29) təşkil ediləcək. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat veriləcək.

Müsahibə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaratdığı komissiya tərəfindən aparılır. Hər bir namizəddən ona bildirilmiş vaxtda müsahibə keçiriləcək ünvana gəlməsi xahiş olunur.

Xəbər 4398 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +