Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


19.10.2021  20:57 

Hacı İlqar İbrahimoğlu saxlanıldı - Yenilənib





A+  A-

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin rəhbəri, İçərişəhər "Cümə" məscdinin imam-camaatı Hacı İlqar İbrahimoğlu saxlanılıb.
XezerNews.az Bakupost.az -a istinadən xəbər verir ki, ilahiyyatçı alim Azərbaycanın xüsusi xidmət orqanları tərfindən saxlanılıb.


Saxlanılma səbəbi hələlik məlum deyil.

*

Dünən axşam saatlarında həbs edilən Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri, İçərişəhər cümə məscidinin imam-camaatı, həftəlik "Dəyərlər " qəzetinin və həftəlik AİN portalının baş redaktoru Hacı İlqar İbrahimoğlu azadlığa buraxılıb.

O, bununla bağlı öz Facebook səhifəsində canlı yayım açıb.

Hacı İlqar bunları deyib: "Hazırda sərbəst buraxıldım. Çox üzr istəyirəm ki, gecənin bu vaxtı sizi narahat edirəm. Çünki bilirəm ki, sizlər narahatsınız. Üzürlü bilin ki, bu vaxt sizləri canlı yayım vasitəsilə narahat edirəm. Hər birinizə təşəkkür edirəm, dualarınız üçün. Qısa bilgi verim, tam sərbəstəm.

Məni apardılar və şahid qismində dindirilmək üçün dəvət olunmuşam. Bir neçə saat ərzində maraqlandırılan suallara cavab olub. Bu müddətdə çox peşəkar davranış olub. Mənə ünvanlanan bütün suallardan sonra sərbəst buraxıldım. Onu deyim ki, bir neçə gün müddətdə mənə sosial şəbəkələrdən müraciət etməyin. Çünki texniki imkanım xidmətinizdə durmağa imkan verməyəcək. İnşallah, bir neçə gündən sonra xidmətinizdə durmaq imkanımız olacaq. Hər birinizə təşəkkür edirəm".

Xəbər 4491 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +