Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


25.11.2019  15:20 

“Azərbaycanda pensiya yaşı yüksəkdir” - Deputat





A+  A-

“Azərbaycanda pensiyaya çıxmaq üçün yaş həddi yüksəkdir. Bu məsələdə ortaq məxrəcə gəlinməlidir”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. O qeyd edib ki, Statistika Komitəsinin verdiyi rəqəmlər var: “Ancaq bu rəqəmlər BMT-nin verdiyi rəqəmlərlə fərqlidir. Biz qonşu ölkələrlə də müqayisə edə bilərik. Hesab edirəm ki, yaşlı insanların sosial yükünü dövlət üzərinə götürməyi bacarmalıdır. Biz pensiya yaşı məsələsində ortaq məxrəcə gəlməliyik”.

Deputat həmçinin “uşaq pulu” verilməsi məsələsini yenidən qaldırıb. O bildirib ki, onlar “uşaq pulu” ilə böyüyən nəsildir: “Uşaq pulunu ödəyə bilmirik deməyi doğru hesab etmirəm. Biz demirik ki, 18 yaşına kimi vermək lazımdır. Ancaq birbaşa “uşaq pulu” vermirik demək düzgün deyil. Sosial Müdafiə Nazirliyi bununla bağlı müəyyən təkliflərlə çıxış etməlidir”.

V. Əhmədov həmçinin Dost Mərkəzlərinin yaradılmasını sorğulayıb. O qeyd edib ki, ölkədə çox ciddi “Dost Mərkəzləri” yaradılır: “Əgər Azərbaycanda elektron hökumət sisteminə keçilirsə, niyə əlavə mərkəzlərin yaradılmasına gedirik? Yerlərdə nazirliyin fondları, məşğulluq mərkəzləri var. Əlavə mərkəzlərin yaradılması üçün dövlət büdcəsindən vəsait ayrılması nə qədər məqsədəuyğundur?!”- o deyə vurğulayıb.

Xəbər 3440 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +