Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


04.10.2019  11:24 

“Bələdiyyəyə vergi vermirsiz, ancaq nəsə tələb edirsiz” – Arif Rəhimzadə





A+  A-

“Bu ilin sonu keçiriləcək ələdiyyə seçkilərinin nəticəsi yaxşı olacaq. Hesab edirəm ki, buna ümid etmək lazımdır”.
XəzərNews.az xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Komitə sədri qeyd edib ki, bələdiyyələrin işləməsi üçün büdcə olmalıdır:

“Bələdiyyələrin fəaliyyətini mən də daxil olmaqla tənqid edirik, ancaq bələdiyyələrin fəaliyyətində çox yaxşı hallar da var. Qanunvericilikdə bununla bağlı yaxşı işlər əks olunub. Məsələn, bələdiyyənin işləməsi üçün nə lazımıdr?! Təbii ki, büdcə... Büdcəni təşkil etməkdən ötrü əhali ilə bələdiyyə arasında əlaqə olmalıdır. Siz mənzilinizin vergisini bələdiyyəyə verirsiz?! Vermirsiz. Ancaq bələdiyyədən hamı nəsə tələb edir. Gərək biz də öz məsuliyyətimizi bilək və qarşılıqlı əlaqə olsun. O zaman bələdiyyənin işi daha yaxşı olacaq”.

Arif Rəhimzadə bələdiyyələrin sayının azalması məsələsinə də toxunub.

“Bələdiyyələrin sayının azalması fikirləri doğru deyil. Tutalm ki, bir kənddir. Onun ərazisini 30-40 km uzaqlıqdakı kəndlə birləşdirmək olmaz. Bu məsələ qaldırlıb əsaslnaıdırldıqdan sonra bələdiyyələrin birləşməsi mümkün ola bilər. Ancaq hazırda bələdiyyələrin sayının azaldılması ilə bağlı məsələ yoxdur”, -deyə komitə sədri bildirib.

Xəbər 3423 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +