Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


27.09.2019  17:12 

Vəkil: “Fədayə Laçın Hepatit C xəstəsidir”





A+  A-

"14 illik vəkillik fəaliyyətimdə belə səmərəsiz proses görməmişəm. İlk dəfədir ki, bir prosesin 12 dəfə təxirə saldınması ilə rastlaşıram".
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bu sözləri həbsdə olan müğənni Fədayə Laçının vəkili Türkel Süleymanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, məhkəmə tərəfindən Fədayə Məmmədovaya (Laçın) qarşı heç bir humanist addım atılmayıb.

"Biz Apelyasiya Məhkəməsinin qərarını gözləyirik ki, bundan sonrakı addımımızı müəyyən edək. Əlimizdə qərar olmadığından, nə edəcəyimizi bilmirik. Heç bir səbəb demədən artıq məhkəməni 12 dəfə təxirə salırlar. Çox az adam bilir ki, Fədayə Laçın Hepatit C xəstəsidir. Ədliyyə orqanları bunları nəzərə almadan prosesi uzadır".

Vəkil daha sonra qeyd edib ki, 9 xalq artisti F.Laçın barədə humanist qərarın verilməsi üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib:

"Xalq artistləri Aftandil Hacıyev, Rafiq Hüseynov (Rəmiş), Nazpəri Dostəliyeva, İlqar Muradov, Səkinə İsmayılova, Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov və Zaur Rzayevin Prezident və birinci xanıma müraciətləri olub. Bu müraciətləri, Fədayənin ilk cinayətinin olması və səhhətindəki problemləri əsas sayaraq ədliyyə orqanlarına media vasitələri ilə müraciət edərək prosesin ədalətli keçirilməsini xahiş edirəm".

Qeyd edək ki, Fədayə Laçın 2017-ci ilin oktyabrın 23-də sevgi münasibətində olduğu “Qoca” ləqəbli məhbus Etibar Məmmədovun nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilib.

Xəbər 3451 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +