Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


28.08.2019  12:02 

Benzinin rüsumdan azad edilməyi nəyi dəyişəcək?





A+  A-

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzinini gömrük rüsumundan azad edib.
XəzərNews.az bildirir ki, “Qafqazinfo” gömrük rüsumundan azad edilmənin səbəbi, qiymətdə hər hansı dəyişikliklərin olub-olmayacağı ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərlidən münasibət öyrənib.

N. Cəfərli qeyd edib ki, Azərbaycanda 92 markalı benzinin istehsalında problemlər yaşanır: “Neft emalı zavodunda təmir işlərinin getməsi gözlənilir. Hətta bildiyim qədərilə təmir işlərinə də artıq başlanılıb. Buna görə də, yerli istehlak üçün istehsal edilən benzin artıq yetərli deyil. Bu məqsədlə də 92 markalı benzinin xaricdən alınmasına ehtiyac yaranıb. Həmin ehtiyacı ödəmək üçün də benzin rüsumdan azad edilir.

Çünki gömrük rüsumu ləğv olunmasaydı, 92 markalı benzinin qiymətinin qaldırılması məsələsi gündəmə gələcəkdi. Bu zaman hökumət Tarif Şurasına müraciət edərək 92 markalı benzinin qiymətinin baxılmasını istəyəcəkdi. Qiymət artımının baş verməməsi üçün gömrük rüsumu ləğv edilir. Bu da başqa suallar doğurur. Neft ölkəsi olan Azərbaycan nə üçün ixraca möhtacdır? Bundan əlavə, yüksək keyfiyyətli 95 markalı benzin də ölkədə istehsal olunmur. Hökumət bunun üçün də müəyyən addımlar atmalıdır ki, belə vəziyyətlərdə xaricdən benzin alınmasın”.

Xəbər 3426 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +