Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


20.06.2025  13:10 

Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?





A+  A-

Azərbaycan Energetika Nazirliyi aylıq əsasda ölkədə hasil edilən neft və qazın həcminə dair məlumatların açıqlanmasını dayandırıb.

Hasilatla yanaşı, ixraca dair məlumatlar da açıqlanmır.

Belə ki, iyun ayında nazirlik yanvar-may ayları üzrə hasilat-ixrac göstəricilərini açıqlamayıb. Adətən bu göstəricilər ayın birinci yarısında açıqlanırdı.

XəzərNews.az xəbər verir ki, Energetika Nazirliyindən Musavat.com-a verilən məlumata əsasən, bundan sonra neft-qaz hasilatına və ixracına dair məlumatlar yarımillik olmaqla, ildə cəmi iki dəfə açıqlanacaq.

Qeyd edək ki, bundan əvvəl Dövlət Neft Fondu AÇG və Şahdəniz-dən gəlirləri, həmçinin Mərkəzi Bankla birlikdə keçirilən hərraclarda valyuta satışına dair məlumatların aylıq açıqlanmasını rüblüklə əvəz edib.

Mərkəzi Bank isə keçirdiyi valyuta hərraclarında satışların həcminə dair məlumatları açıqlamağı dayandırıb.

Xəbər 1816 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +